Tripolinin alınmasında əsas rolu Britaniya xüsusi təyinatlıları oynayıb
Hazırda Liviyanın paytaxtında döyüşlərin səngimədiyi xəbərləri gəlməkdədir. \"Daily Telegraph\"-ın məlumatına görə, bütün strateji və mühüm obyektlərin müxalifətçilərin əlində olmasına baxmayaraq Müəmmar Qəddafi gücləri kəskin müqavimət göstərməkdə davam edirlər. Agentlik onu da xəbər verir ki, Qəddafi ordusunun nəzarətində iki şəhər-Sirt və Səbha şəhərləri qalıb. Qeyd edək ki, bu şəhərlərdə aviasiyaya və quru qoşunlarına aid hərbi bazalar mövcuddur. Polkovnikin isə yerini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Digər xəbərə görə, Tripolinin alınmasında əsas rolu Britaniya xüsusi təyinatlıları oynayıb. Bu xəbəri Böyük Britaniyanın Müdafiə Nazirliyi də təsdiqləyib. Belə ki, M.Qəddafinin axtarışını da britaniyalı əsgərlər həyata keçirməkdədir. Onun axtarışında ordunun 22 alayı iştirak edir. Tripolinin alınmasında eləcə də Qətər və BƏƏ xüsusi təyinatlılarının iştirak etdikləri verilən məlumatlar arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB