Peru silkələnib

Peruda 6,8 bal gücündə şiddətli zəlzələ meydana gəlib. SİA- nın məlumatına görə, zəlzələnin episentri Braziliya sərhədində, Amazon bölgəsində, yerin 145 kilometr dərinliyində meydana gəlib. Təxminən 200 min əhalisi olan Pucallpa yaxınlığında baş verən zəlzələ paytaxt Limada da hiss edildikdən sonra Amazon bölgəsində telefon xəttləri kəsilib.

Qeyd edək ki, zəlzələ nəticəsində insan təlafatı qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə