Qəddafi tərəfdarlarının saxladığı jurnalistlər azad olunub

Qəddafi tərəfdarlarının saxladığı jurnalistlər azad olunub

Müəmmar Qəddafiyə sadiq hərbçilər tərəfindən Tripoli hotellərindən birində əsirlikdə saxlanılan jurnalistlər azad olunub. SİA məlumatı Assoşieyted Press-ə istinadən yayıb.

Bundan əvvəl xəbər yayılmışdı ki, ərəb ölkələrnin jurnalistləri də daxil olmaqla 35 jurnalist avqustun 23-də, Qəddafinin oğlu Seyf əl-İslamın ictimaiyyətə görünməsindən sonra \"Riksos\" hotelində saxlanılmışdı.

Jurnalistlərin özlərinin sözlərinə görə, onlara yalnız Seyf əl-İslamla küçəyə çıxmağa, foto və video çəkərək informasiya ötürməyə icazə verilmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə