ABŞ-da Nüvə təhlükəsi

ABŞ-ın Virciniya ştatında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin rəsmi internet saytının yaydığı məlumata görə, yeraltı təkanların gücü 5,9 bal təşkil edib. Zəlzələnin episentri Vaşinqton şəhərindən 139 km aralıda qeydə alınıb. Tələfat barədə məlumat verilmir. Bəzi tikililərdə kiçik dağıntılar var. Həmçinin, ştatın ərazisində yerləşən AES-də iki nüvə reaktorunun fəaliyyəti dayanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində Kapitoliy və Pentaqonun binasından insanlar təxliyyə olunub. Con Kennedi adına hava limanı müvəqqəti olaraq bağlanıb. Yeraltı titrəyişlər Vaşınqton və Nyu-York şəhərlərində, eləcə də Şimali Karolina ştatında da hiss olunub.

Bundan əlavə ABŞ-ın Kolorado ştatında da zəlzələ baş verib. Yeraltı təkanların gücü 5,3 bal təşkil edib. Zəlzələnin episentri Trinidad şəhərindən 15 km cənub-qərbdə, 4 km dərinlikdə qeydə alınıb. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə