Ayrin qasırğası ABŞ-ın şərq sahillərinə yaxınlaşır

Ayrin qasırğası ABŞ-ın şərq sahillərinə yaxınlaşır
ABŞ-ın şərq sahillərində növbəti fəlakət baş verə bilər. Bu fəlakət Ayrin qasırğasıdır. Belə ki, güclü və dağıdıcı qasırğa artıq Dominikan Respublikasını vurub və Puerto-Riko dövlətində ciddi fəsadlar törədib. Həmin ölkələrdə on minlərlə ev susuz və elektriksiz qalıb. Metereoloqlar xəbərdarlıq ediblər ki, Ayrin qasırğasının digər qasırğalardan fərqi ondadır ki, o hər gün güclənir. Məsələ ondadır ki, sözügedən qasırğa Dominikan Respublikasında saatda 155 km hərəkət edirdisə, Amerika sahillərinə çatdıqda onun sürəti saatda 180 km-ri təşkil edib. Qasırğa ABŞ sahillərinə yaxınlaşdığı ərəfədə prezident Barak Obama müvafiq dövlət qurumları ilə növbədənkənar iclas keçirib. Cənubi Karolina və Corciya ştatlarının xilasetmə xidmətləri ən yüksək hazırlıq səviyyəsinə gətiriliblər. Eyni zamanda ehtimal olunur ki, Ayrin son yeddi ildə ABŞ –da baş verən ən güclü qasırğa hesab edilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə