Alman polisinin elit qüvvələri Liviyaya yola düşüb

Alman polisinin elit qüvvələri Liviyaya yola düşüb

DW-WORLD "Spiegel"-ə istinad edərək xəbər verir ki, Almaniya Liviyaya GSG9 elit antiterror polis bölməsinin döyüşçülərindən ibarət dəstə göndərib. SİA-nın xəbərinə görə, nəşrin verdiyi məlumatda bildirilir ki, xüsusi təyinatçılar Benqazidəki əlaqələndirmə bürosunda işləyən alman diplomatların mühafizəsi ilə məşğul olacaqlar.

Almaniyanın müdafiə naziri Tomas de Mezyer bildirib ki, Liviyada sabitliyin və asayişin qorunması tədbirində bundesverin iştirakını istisna etmir: "Qəddafidən sonrakı dövrdə Liviya öz təhlükəsizliyini özü təmin edə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə