Liviyada jurnalistlərin yerləşdiyi otel silahlı atəşə məruz qalıb

Liviyada jurnalistlərin yerləşdiyi otel silahlı atəşə məruz qalıb
Paytaxt Tripoli üzərində bombardmançı təyyarələrin uçduğu və ağır artileriyanın paytaxtın müxtəlif kvartallarına davamlı atəş açdığı xəbərləri verilməkdədir. Verilən digər məlumatlara görə, müxtəlif ölkələrdən Tripoliyə getmiş KİV nümayəndələrinin yerləşdikləri Riksos oteli də atəş altındadır. Hazırda jurnalistlərin blokada şəraitində qaldıqları məlum olub. SİA-nın vesti.ruya istinadən verdiyi məlumata görə, otelin bütün enerji qaynaqları kəsilib.
Eləcə də bildirilir ki, saat 17:00 radələrindən başlayaraq Qəddafinin doğulduğu Sirt şəhərindəki ordu hissələri müxalifətçilərə qarşı hücuma hazırlaşır. Bununla yanaşı, müxalifət qüvvələrinə kömək üçün Misruta şəhərində səfərbər olmuş çoxsaylı müxalifətçi ordusu Tripoliyə yaxınlaşmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə