2 min xüsusitəyinatlı Şimali İraq sərhədlərinə doğru hərəkətə keçdi

2 min xüsusitəyinatlı Şimali İraq sərhədlərinə doğru hərəkətə keçdi
Türkiyə Silahlı Qüvvələri Şimali İraq sərhədlərinə doğru hərəkətə keçib. Habertürk agentliyinin verdiyi məlumata görə, Ramazan bayramından sonra Türkiyənin İraqla sərhəddində gücləndirilmiş nəzarət postları qurulacaq və PKK tərəfindən hər hansı silahlı təhdid olarsa, Şimali İraq sərhədlərinin keçilməsi hərbi palanın tərkib hissəsində yer almaqdadır. Zirehli texnikanın ardınca, sərhədə 2 min xüsusi təyinatlının da göndərilməsinə başlanılıb. Məqsədin PKK-ya qarşı ciddi müqavimətin göstərilməsindən ibarət olduğu bildirilir. Xatırladaq ki, TSQ tərəfindən gerçəkləşdirilən hərəkat son illərin ən böyük əsgər hərəkatı kimi dəyərləndirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə