Mahmud Nakua: \"Liviya üsyançılarının hökuməti ölkənin ikinci böyük şəhəri sayılan Benqazidən Tripoliyə köçəcək\"
\"Liviya üsyançılarının hökuməti ölkənin ikinci böyük şəhəri sayılan Benqazidən Tripoliyə köçəcək\". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Liviyanın Böyük Britaniyadakı səlahiyyətli nümayəndəsi Mahmud Nakua bildirib. Diplomat Liviyanın Londondakı səfirliyinin binasında mətbuat konfransı keçirib.
Müəmmar Qəddafinin harada olması ilə bağlı hər hansı məlumata malik olub-olmaması ilə bağlı suala liviyalı diplomat belə cavab verib: "Polkovnik çox güman ki, əvvəlki kimi ölkədədir. Müxalifət döyüşçüləri onu tapıb həbs eləmək üçün daşı-daş üstündə qoymayacaqlar".
M.Nakua həmçinin Birləşmiş Krallığa və NATO-nun digər üzv-dövlətlərinə Qəddafi rejiminin darmadağın edilməsinə görə öz minnətdarlığını bildirib. "NATO-nun köməyi olmasaydı, biz bu qələbəyə nail ola bilməzdik"- deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB