Şən “Diktator”ların dövrü bitdi

Şən “Diktator”ların dövrü bitdi

Bin Əli, Əli Abdullah Saleh, Qəddafi və Mübarək. 4 devrilmiş lider çox deyil düz bir il bundan əvvəl Liviyanın Siirt şəhərində təşkil edilən Ərəb-Afrika Zirvə toplantısında bərabər şəkil çəkdiriblər. 11 Oktyabr 2010-cu il tarixində Siirtdə baş tutan zirvənin ev sahibi olan Qəddafi zirvənin ailə fotoşəkilində Tunisin o dövrki dövlət başçısı Zeynel Abidin Bin Əli, Yəməyin lideri Əli Abdullah Saleh və Misirin devrilmiş lideri Hüsnü Mübarək ilə yan-yana poza verirdi.

Ərəb liderləri o qədər şən idi ki, Qaddafi bir əli Yəmən dövlət başçısı Salehin çiyininə, digər əlini Mübarəkin çiyininə atıb, ailə fotoşəkili çəkdirikcə gülüşlər kəsilmək bilmirdi.

Lakin gülüşdən sonra ağlamaq ənənəsi hələ də unudulmayıb. 11 oktyabr 2010-cu ildə çəkilən o fotoşəkilin 4 qəhrəmanı hazırda hakimiyyəti itirən şəxslər kimi tarixə düşdülər. Ötən ilin oktyabrından təxminən 3 ay sonra ölkədaxilində baş verən nümayişlər zamanı Tunis dövlət Başçısı Bin Əli, daha sonra Hüsnü Mübarək xalqın təkidi ilə iqtidardan getdi.

Daha sonra Yəmənin dövlət başçısı Əli Abdullah Saleh dövlət sarayında atılan top atəşləri nəticəsində ağır yaralanaraq ölkəsini tərk etmək məcburiyyətində qaldı. Və Qəddafi..

Onun harda olması bilinməsə də bilinən tək şey var: 41 illik diktator rejimi dağıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə