Danimarka və İsveç su altında qalıb

Danimarka və İsveç su altında qalıb

Danimarka və İsveçdə son günlər müşahidə olunan leysan xarakterli yağışlar subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi ərazilərdə avtomobil yolları su altında qalıb, yaşayış evlərinin zirzəmiləri və 1-ci mərtəbələri yağış suları ilə dolub, nəqliyyatın hərəkəti çətinləşib. Bildirilir ki, suyun surətlə artması səbəbindən tikililərdə və avtomobillərdə çıxılmaz vəziyyətdə qalmış insanlar xilasedicilər tərəfindən xilas edilib.

Sinoptiklər yaxın günlər ərzində yağıntının daha da artacağını proqnozlaşdırır. Mövcud vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə