İrandan Türkiyəyə təbii qazın nəqli bərpa edildi

İrandan Türkiyəyə təbii qazın nəqli bərpa edildi

İrandan Türkiyəyə təbii qazın nəqli bərpa olunub. SİA-nın xəbərinə görə, bu barədə xəbəri CİHAN agentliyi yayıb. Belə ki, avqustun 12-də İran-Türkiyə magistral qaz kəmərinin Türkiyə ərazisinə keçən hissəsində baş vermiş partlayış nəticəsində yarana bütün problemlər tamailə aradan qaldırılıb.

Qeyd edək ki, Türkiyənin BOTAŞ neft və qaz şirkəti texniki qəzanın ötən 72 saat müddətinə aradan qaldırılacağı barədə məlumat yaysa da, nəqletmədəki fasilə 7 gün çəkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə