BMT həyəcan siqnalı verdi
Stokholmda keçirilən Beynəlxal Su Həftəsi günü ilə bağlı BMT dünyaya həyəcan siqnalı verib. Bununla bağlı hesabat təqdim edən təşkilatdan açıqlama verilib ki, bəşəriyyətin yaratdığı problemlərin ən təsirlisi ekosistemin pozuntusuyla əlaqədardır. Belə ki, 1,6 milyard insan suyun qıt olduğu ərazilərdə yaşayır. Əgər ekoloji pozulma davam edərsə, bu rəqəmin 2 milyarda yüksələcəyi qaçılmaz olacaq.
2050-ci ildə dünya nüfuzunun 9 milyarda çatacağını bildirən hesabatda o da vurğulanıb ki, həmin dövrlərə qədər su qıtlığının yaşanması daha da ağır nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə