Türkiyə Silahlı Qüvvələri İraqın şimalında gizlənən PKK terrorçularına qarşı hava əməliyyatlarını davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Diyarbəkirdəki hərbi hava bazasından havaya qalxan F-16 döyüş təyyarələri İraqın şimalındakı Qəndil, Hakurk və Hinere bölgələrindəki PKK hədəflərini bombalayıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı xəbərə əsasən, iki gün ərzində terrorçuların gizləndiyi güman edilən 20 hədəf F-16 döyüş təyyarələri ilə 96-hədəf isə top atəşi ilə bombalanıb. Eyni zamanda ilk dəfə olaraq Türkiyə ordusu bombardman zamanı "ağıllı" döyüş başlıqlarından istifadə edib. Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfə peyk siqnalları ilə yönləndirilən bu döyüş başlıqlarının hədəfdən yayınması mümkün deyil. Belə ki, MK-84 tipli gizli bunkerləri dağıdan bombalar düşdüyü ərazidə 15 metr dərinliyində və 11 metr radiusda ərazini məhv edir.
Eyni zamanda Türkiyənin Siirt vilayətinin Eruh və Pervari rayonlarında PKK döyüşçüləri ilə hərbçilər arasında atışma nəticəsində 2 hərbçi şəhid olub, 4-ü isə yaralanıb. Terrorçular hərbçilərin məntəqələrini mütəmadi olaraq raketlə atəşə tutublar. PKK silahlıları rayonun ətraf mühit və meşəçilik idarəsinin binasına açdığı atəş nəticəsində binada yanğın baş verib. Bundan əlavə Pervari rayonunda PKK döyüşçülərinin hücumu nəticəsində 4 dinc sakin yaralanıb.
İlkin NƏCƏFOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB