Misir İsraildəki səfirini geri çağırıb

Misir İsraildəki səfirini geri çağırıb

Misir İsraildəki səfirini geri çağırıb. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Associated Press yayıb. Məlumatda deyilir: "Beş Misir əsgərinin ölümünün dəqiq səbəbi açıqlanmayınca səfir geri göndərilməyəcək".

Qeyd edək ki, Misir hərbiçiləri avqust ayının 18-də İsraillə sərhəddə qətlə yetirilib. Misir dövlət agentliyinin verdiyi xəbərə əsasən, Misir ordusunun hərbiçilər İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterdən açılan atəş zamanı öldürülüblər.


İlkin NƏCƏFOV

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com