Ərdoğanın təyyarəsi Somalidə qəzaya uğrayıb

Ərdoğanın təyyarəsi Somalidə qəzaya uğrayıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xüsusi təyyarəsi Somalinin paytaxtı Moqadişoyada enərkən qəzaya uğrayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğanın "ANA" adlı təyyarəsinin baş pilotu uçuş zolağının qısa olması səbəbindən ehtiyat əyləcləri basıb. Bu səbəbdən təyyarənin qanadları yerə sürtünüb. Lakin təyyarələrin qanadlarında alışma baş verməyib.

Bütün bunlara baxmayaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Moqadişo hava limanında Somali prezidenti Şeyx Şərif Əhməd təntənəli rəsmi mərasimlə qarşılayıb. Somalili uşaqlar Ərdoğana gül veriblər, əllərində Türkiyə və Somali bayrağı olan somalililər baş nazirə sevgi nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə