Amerika \"2010-cu il terror hesabatı\"nı açıqlayıb

Amerika  \"2010-cu il terror hesabatı\"nı açıqlayıb
ABŞ Xarici İşlər Nazirliyinin \"2010-cu il terror hesabatı\"nda Türkiyənin ABŞ üçün dost və bölgədəki problemlərin çözümündə tərəfsiz bir ölkə olaraq terrorla mücadilədə böyük rol oynadığı qeyd edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabatdakı terror təşkilatları siyahısında PKK və DHKP-C hər zamankı kimi yer alıb və terror qruplaşması olan PKK-nın şiddət kampaniyalarını davam etdiyi bildirilib.
Hesabatda yerli və beynəlxalq terror qruplaşmalarının Türkiyədə 40 ildən çoxdur ki, ölüm saçdığı, bəzən Amerika hökuməti nümayəndələrinin də daxil olması ilə birlikdə Türkiyə vətəndaşlarını hədəfə aldığı vurğulanıb. İraqın şimalında yerləşən düşərgələrdən hücumlar edən PKK-nın bütövlüklə Türkiyə Silahlı Qüvvələrini hədəf aldığı ifadə edilib və terror təşkilatının 2009-cu ildə fasilələrlə hücum etdiyi, 2010-cu ilin may və oktyabr ayları arasında isə şiddət dalğasının artdığı vurğulanıb.
Türkiyədə önə çıxan digər bir terrorist təşkilatının da DHKP-C olduğu bildirilən hesabatda bütövlükdə aktiv olmamasına rəğmən Türkiyə hökuməti tərəfındən hələ potensial təhdid olaraq görüldüyü göstərilib.


RÖVŞƏN NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə