Türkiyə terrora qarşı mübarizәdә qәrarlıdır

Türkiyə terrora qarşı mübarizәdә qәrarlıdır

\"Dövlәt terrora qarşı mübarizәdә qәrarlıdır\". SİA-nın xəbərinə görə, bunu Türkiyənin prezidenti Abdullah Gül Çankaya iqamətgahında iş vә peşә tәşkilatlarının nümayәndәlәri ilә iftar süfrәsindә çıxışı zamanı deyib. Hakkari vilayәtindә şәhid olanların ailәlәrinә baş sağlığı verən prezident vurğulayıb ki, terrorçuluğa qarşı mübarizәdә bütün imkanlardan istifadə edilәcәk: "Ramazan ayı sülhün, qardaşlığın, dincliyin daha da güclәndiyi bir aydır. Ancaq tәәssüf ki, bәzi xainlәr qan axıtmaqdan imtina etmirlәr. Dövlәt isə terrora qarşı mübarizәsini bundan sonra da davam etdirəcək".

Bu gün isə terrora qarşı mübarizәnin әtraflı şәkildə müzakirә edilməsi üçün Türkiyə Milli Təhlükәsizlik Şurası toplantı keçirilib. Prezident Abdullah Gülün başçılığı altında keçirilәn iclasada baş nazir Rәcәb Tayyib Әrdoğan, general Nәcdәt Özәl, ordu komandirlәri ilә Jandarm baş komandiri dә qatılıb.

Eyni zamanda ABŞ Türkiyәnin Hakkari vilayәtindә şәhid olanların ailәlәrinә baş sağlığı verib. ABŞ dövlәt katibliyinin nümayәndәsi Viktoria Nuland Hakkaridәki terror aktlarından dәrin kәdәr duyduqlarını ifadə edәrәk şәhidlәrin ailәlәrinә baş sağlığı verib: "PKK on minlәrlә türkü qәtlә yetirәn terror tәşkilatıdır. ABŞ terrora qarşı mübbarizәdә Türkiyәnin yanındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə