Pakistanda fasiləsiz leysan yağışlarından milyondan çox adam ziyan çəkib
Pakistanın bir neçə rayonunu
kəsilməyən leysan yağışlarından sonra su basıb. SİA-nın məlumatına görə, Pakistanın
Fövqəladə hallarla mübarizə Nazirliyinin məlumatlarına görə daşqınlardan Sind
və Pəncab əyalətlərində milyondan çox adam ziyan çəkib, 20 kənd su altında qalıb.
Baş nazir Yusuf Qilani daşqından əziyyət çəkən rayonlarda olmuş, adamlara
təcili kömək göstərilməsi əmrini verib.
2010-cu ilin yayında da Pakistan görünməmiş təbii fəlakətlə üzləşmişdir. O
zaman bir neçə əyalət su altında qalmış, 1600-dən çox adam itkin düşüb.
BMT-nin məlumatına görə, bundan əlavə kütləvi fəlakətdən 15 milyon adam əziyyət
çəkmiş, 4 milyondan çox adam evsiz-eşiksiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB