Ermənistanda aclığa prokurorlar da dözmür

Ermənistanda aclığa prokurorlar da dözmür

Kentron və Nork-Maraş rayonlarının prokuroru Aram Qriqoryan özünə qəsd etməklə Ermənistanda baş verənlərə özünəməxsus şəkilrə etiraz edib. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, prokurorun cəsədi Vanadzor şəhər qəbristanlığından tapılıb. Faktı Ermənistanın Baş prokurorluğunun mətbuat katibi Sona Truzyan da təsdiq edib. İlkin məlumata görə, 37 yaşlı Aram Qriqoryan tabel silahı ilə özünə qəsd edib. Qriqoryan özünəqəsddən öncə "mənim ölümümdə heç kimi günahlandırmayın" sözləri yazılmış kağız tapılıb.

Yaxınları Qriqoryanın son vaxtlar işi ilə əlaqədar yuxarılarla konfliktlərinin olduğunu bildiriblər. Ailəsi hüquq-mühafizə orqanlarının özünü öldürməyə çatdırma maddəsi ilə cinayət işi açacaqlarına ümidlidir.


Bütün xəbərlər Facebook səhifəmizdə