İndoneziyanın şərqində, Maluku vilayətində zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İndoneziyanın Milli Meteorologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 6,5 bal təşkil edib.
Zəlzələnin episentri vilayətin inzibati mərkəzi olan Ambon şəhərindən 163 km şimal-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB