Erməni diasporu “Vətənə qayıt” adı altında kütləvi tədbirlər keçirir

Erməni diasporu “Vətənə qayıt” adı altında kütləvi tədbirlər keçirir

Hazırda Ermənistanda 1.8 mln əhali yaşayır. SİA-nın xəbərinə görə, bu barədə məlumat BMT-nin və Ermənistanın qeyri-hökumət təşkilatlarının apardığı araşdırmanın yekun hesabatında yer alıb. Belə ki, ölkəni tərk edənlər arasında əmək qabiliyyətli əhali qrupu 80-90 faiz təşkil edir. Bu eyni zamanda hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.

Eyni zamanda yaşı 18-ə çatan ermənilər arasında aparılan sorğu da ürəkaçan deyil. Çünki sorğu nəticəsində məlum olub ki, 18 yaşına çatan gənclərin 70 faizi yaxın bir ildə ölkəni tərk etməyə hazıqlaşacaqlarını bildiriblər. Bu isə Ermənistanda demoqrafik vəziyyətin günü-gündən pisləşməsinə sübutdur.

Ermənistan diaspor nazirliyi isə ölkədən gedən vətəndaşların geri qaytarılması üçün hər il büdcədən 10 minlərlə dollar vəsait alır. Hazırda nazirlik tərəfindən "Geri (vətənə) qayıt" adı altında kütləvi tədbirlər keçirir və həvəsləndirmək üçün müxtəlif vədlər verir. Amma çətin ki, bu da ermənilərin geri qayıtmasına sövq etsin.

Həmçinin Ermənistanın Statistika komitəsi də ölkədə doğum səviyyəsinin azaldığını və ölüm hallarının artdığını açıqlayıb. Erməni ekspertləri isə həyacan təbili çalır. Ermənistanın Azərbaycan və Türkiyəsiz inkişafı mümkün deyil. Onlar rəsmi İrəvanın Bakı və Ankara ilə münasibətlərin yaxşılaşdırmayacağı təqdirdə mövcud vəziyyətin daha acınacaqlı olacağını proqnozlaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə