Şimal dənizi “Qara qızıl”a boyanıb

Şimal dənizi “Qara qızıl”a boyanıb

Şimal dənizi "Qara qızıl"a boyanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə \"Royal Dutch Shell\" şirkətinə məxsus \"Gannet Alpha\" neft platformasında qeydə alınıb. Adı çəkilən platforma Şotlandiyanın Aberdin şəhərindən 180 km şərqdə, Şimal dənizində fəaliyyət göstərir.

Hökumət nümayəndələrinin sözlərinə görə, suya təxminən 100 ton neft sızıb. Bildirilir ki, neft hələ də dənizə axmağa davam edir. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə