Polşada dəmiryol qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Varşavadan Katovitse şəhəri istiqamətində hərəkət edən sərnişin qatarının 3 vaqonu Petrkuvskiy rayonu ərazisində relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 280 nəfərin olduğu bildirilir.
İlkin məlumata görə, 56 nəfər yaralanıb, azı 1 nəfər ölüb. Hadisə yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və xüsusi texnika, o cümlədən 4 helikopter cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Şahidlərin sözlərinə görə, baş vermiş qəza nəticəsində vaqonun biri tamamilə dağılıb. Ölənlərin sayının artacağı istisna edilmir. Qəzanın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB