Suriyada hökumət qüvvələri arasında hakimiyyət əleyhinə etiraz edənlərlə toqquşma baş verib. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində 24 nəfər həlak olub.
Belə ki, Əl-Qəsr yaşayış məntəqəsində 15 suriyalı güllələnib, 40-dan çox insan xəsarət alıb. Eyni zamanda rabitə vasitələri və elektrik təminatı kəsilən yaşayış məntəqəsinə tanklar yeridilib, yerli əhaliyə qarşı kütləvi basqınlar və həbslər davam edir.
Bundan əlavə, 5 suriyalı isə Xomsun Əl-Bəyadə qəsəbəsində qətlə yetirilib. Bundan əlvə ötən gün polis iki nəfəri Dəməşqin şəhərətrafı qəsəbələrindən biri olan Sakaba qəsəbəsi ərazisində güllələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB