Britaniyada iğtişaşlarda tutulanların sayı 1700-ə çatıb

Britaniyada iğtişaşlarda tutulanların sayı 1700-ə çatıb

Britaniyadakı iğtişaşlarda cümə gününə kimi tutulanların sayı 1700-ə çatıb.

SİA-nın məlumatına görə, bu gün səhər 68 yaşlı Riçard Manninqton Bovesun ölümüylə bağlı bir nəfər həbs edilib. Riçardın ölümüylə, iğtişaşlarda ölənlərin ümumi sayı 5-ə çatıb.

Məhkəmələr müxtəlif ittihamlarla həbs olunan şübhəlilərlə dolub daşır.

Bir çox müttəhimlər cərimə ödəyərək azadlığa buraxılır, amma cəzalar çox tez verilir və sərt olur. Məsələn, əlində supermarketdən oğurladığı bir şüşə su ilə tutulan yeniyetməyə 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hazırda Britaniya küçələrində nisbətən sakitlik hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə