Yəmən lideri sülh yolu ilə istefaya getmək məsələsini gözdən keçirir

Yəmən lideri sülh yolu ilə istefaya getmək məsələsini gözdən keçirir

Yəmən prezidenti Əli Abdulla Saleh İran Körfəsi Ərəb Ölkələri Əməkdaşlıq Birliyinin (İKƏÖƏB) ölkədə hadisələri tənzimləmək təşəbbüsünü diqqətə alıb.

SİA-nın məlumatına görə, Saleh həm də sülh yolu ilə istefaya getmək məsələsini də gözdən keçirir. Səudiyyə Ərəbistanda müalicə alan prezident Yəmənin hakim partiyasının nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı onlar ölkədə baş verən hadisələri sülh yolu ilə nizamlamağın yollarını müzakirə ediblər.

A.Saleh Yəməndə sülhün bərpa olunması üçün hazırlanmış plana razılığını bildirib. Plana əsasən hakimiyyət müxalifətlə, beynəlxalq təşkilatlarla, eləcə də bu ölkə ilə maraqlanan ölkələrləəməkdaşlıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə