Azərbaycanın səfiri ABŞ-da təşkil olunan iftar süfrəsində iştirak edib

Azərbaycanın səfiri ABŞ-da təşkil olunan iftar süfrəsində iştirak edib

Azərbaycanın ABŞ-da olan səfiri Yaşar Əliyev Amerika prezidenti Barak Obamanın Ağ Evdə təşkil etdiyi iftar süfrəsində iştirak edib. SİA Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, Amerika prezidentinin təşkil etdiyi iftar süfrəsi zamanı diplomatik korpusun yüzdən çox əməkdaşı ilə bərabər həmçinin müxtəlif dinlərə mənsub rəsmi nümayəndələri də iştirak edib. Xatırladaq ki, Amerikanın prezident iqamətgahında iftar süfrəsi ilk dəfə 1805-ci ildə Tomas Cefferson tərəfindən verilmişdi.

Qeyd edək ki, iftar yeməyi zamanı prezident bu sözləri əlavə edib: "Hansı dini inanclara xidmət etdiyimizdən asılı olmayaraq biz hamımız bir Allahın quluyuq "

Bütün xəbərlər Facebook səhifəmizdə