ABŞ-ın Ohio Akron şəhəri yaxınlığındakı bir qəsəbədə baş verən ailə münaqişəsi 8 nəfərin öldürülməsiylə nəticələnib. SİA-nın xəbərinə görə, əyalətin şimal-şərqində olan 14 min əhalili Kopli Taunşip qəsəbəsindəki hadisədə bir nəfər yaralanıb, 8 nəfər isə ölüb. Ölənlər arasında 11 yaşlı bir uşağın olduğu bildirilib.
Qəsəbənin polis müdiri Maykl Mayer WKYC-TVə etdiyi açıqlamasında bildirib ki, bu gün silahlı bir şəxs 5 adamı, sonra da hadisə yeri yaxınlığında 2 adamı öldürüb. Polis isə daha sonra cinayətkarı məhv edib. Münaqişənin səbəbinin cinayətkarla qurbanlar arasında hər hansı bir əlaqənin olub-olmaması ilə əlaqədar olmağı hələ ki açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB