Amerika Birləşmiş Ştatları Suriya prezidenti Bəşər Əsədə ultimatum göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmi Vaşinqtonun göndərdiyi sərt mesajda Bəşər Əsəddən hakimyyətdən getməyi məsləhət görülüb.
"Suriyadan ancaq ölüm xəbərləri gəlir. Xüsusilə Bəşər Əsəd hakimiyyəti ölkəyə xarici mətbuatı buraxmadığından məlumatların həqiqiliyini təsdiqləmək qeyri-mümkündür"-deyə mesajda bildirilir.
Həmçinin Ağ evin mətbuat katibi Cey Karni Suriyada qeyri-sabitliyin əsas səbəbinin prezident Bəşər Əsəd olduğunu deyib. O bildirib ki, ABŞ Bəşər Əsədin ölkədə qan tökməyi dayandırması üçün yeni tədbirləri nəzərdən keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB