Abdullah Gül Türkiyə ordusunun yeni rəhbər heyətinin tərkibini təsdiqləyib

Abdullah Gül Türkiyə ordusunun yeni rəhbər heyətinin tərkibini təsdiqləyib

Türkiyə prezidenti Abdullah Gül dünən başa çatmış Ali Hərbi Şuranın qərarlarını təsdiqləyib. SİA-nın məlumatına görə, Ali Hərbi Şuranın qərarına əsasən, Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin olunub. Bundan başqa ordu generalı Hayri Kıvrıkoğlu quru qoşunları komandanı, ordu generalı Mehmet Erten Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Bəkir Kalyonçu Jandarma Qüvvələri komandanı, ordu admiralı Emin Murad Bilgel Hərbi Dəniz Qüvvələrinin komandanı təyin ediliblər.

Ali Hərbi Şuranın qərarına əsasən "Balyoz" işi üzrə həbs olunan yüksək rütbəli hərbçilərin xidmət müddəti daha bir il uzadılıb. Digər bir qərarla ordu generalı Aslan Günər Hərbi Akademiyalar Komandanlığına rəhbər təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə