Hindistanda ağır yol-nəqliyyat qəzası: 26 nəfər ölüb

Hindistanda ağır yol-nəqliyyat qəzası: 26 nəfər ölüb

Hindistanın Madhya-Pradeş ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bildirilir ki, sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq Barna çayına düşüb. Nəticədə, nəqliyyat vasitəsində olan 60 nəfərdən, azı 26 nəfəri ölüb, 20 nəfər xəsarət alıb. Digər şəxslər itkin düşmüş hesab edilir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə