Azərbaycanın Litvadakı səfiri Medininkay hadisələrinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Litva prezidenti Dalya Qribauskayte Medininkayda faciəli hadisələrin 20 illiyinə həsr edilmiş anım tədbirində iştirak edib. SİA-nın məlumatına görə, 20 il bundan əvvəl Belarus-Litva sərhədi yaxınlığında 7 nəfər litvalı sərhədçinin güllələnməsi ilə bağlı anım mərasimində diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskaya da iştirak edib.
Medininkayda həlak olanların anım tədbirinin açılış mərasimində çıxış edən Prezident D.Qribauskayte deyib: "Bugünkü anım tədbiri azadlıq və ədalət uğrunda mübarizənin davamıdır. Mən ədalətin təntənəsinə inanıram. Bu, həm Litva xalqına lazımdır, həm də bütün mütərəqqi, azadlıqsevər bəşəriyyətə. Ona görə də bu faciəni anmaq, ədalətə inam hissi o vaxt olduğu kimi bu gün də bizi birləşdirir".Azərbaycanlı diplomat Vilnüsdəki Antakalnis məzarlığında və Medininkaydakı memorialın önünə əklil qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB