ABŞ texniki müflisləşmədən canını qurtara biləcək - FOTOSSESİYA

ABŞ texniki müflisləşmədən canını qurtara biləcək - FOTOSSESİYA

Amerika Birləşmiş Ştatları gözlənilən texniki müflisləşmədən canını qurtara biləcək. SİA-nın "Kommersant"a istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama administrasiyanın konqresdə təmsil olunan partiyalarla büdcə kəsrinin azaldılması və dövlət borcu tavanının qaldırılması haqqında planı istiqamətinə ortaq razılığa gəlindiyi bildirib.

Prezident dövlət planının yaxın gündə qəbul olunacağını bildirib.

Qeyd edək ki, keçən həftə respublikaçılar büdcə kəsrinin azaldılması və dövlət borcu tavanının qaldırılması haqqında planı 8 səs fərqi ilə Nümayəndələr Palatasında qəbul ediblər. ABŞ senatı öz növbəsində respublikaçıların bu qanun layihəsini qəbul etməyib.

Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş planda dövlət xərclərinin 10 il ərzində 917 milyard dollara qədər azaldılması və dövlət borc tavanının isə 900 milyard dollara qədər artırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə