ABŞ konqresi dünən bu il mayın 10-da senator-demokrat Cin Şahin və respublikaçı senator Lindsi Qrem tərəfindən çıxarılan Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyən, Rusiyanın Qafqaz respublikasına qarşı yürütdüyü işğalçı siyasətini pisləyən qətnamə qəbul edib.
SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sənəddə Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın Rusiya tərəfindən işğal edilən bölgələri kimi tanındığı göstərilib: "Qətnamə Rusiya hökumətini qoşunları 2008-ci il münaqişəsinə qədər yerləşdikləri mövqelərə qaytarmağa və münaqişəyə cəlb olunanlara humanitar yardımın çatdırılmasına şərait yaratmağa çağırır".
Senatorlar həmçinin Rusiyanı bütün köçkünlərə və beynəlxalq missiyalara Cənubi Osetiya və Abxaziyaya dönmələrinə imkan yaratmağa çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB