Silvio Berluskoni: “Qəddafi məni öldürmək istəyir”

Silvio Berluskoni: “Qəddafi məni öldürmək istəyir”

Vaxtıyla NATO qüvvələrinin Liviyada keçirdiyi hərbi kompaniyada Romanın da iştirakına razılıq verən İtaliyanın Baş naziri Silvio Berluskoni Liviya rəhbəri Müəmmar Qəddafinin ondan qisas alacağından qorxur. SİA-nın məlumatına görə, Berluskoni deyib: "Mənim və övladlarımın həyatı təhlükədədir. Olduqca etibarlı mənbələrdən bilirəm ki, Müəmmar Qəddafi məni öldürmək barədə əmr verib".

Bununla yanaşı italyan baş nazir dəqiq hansı mənbələrdən söhbət getdiyini açıqlamayıb.

Baş nazir qeyd edib ki, hazırda Qəddafinin hakimiyyətdə qalması təhlükəsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə