Prezident 77 il hakimiyyətdə olacağını bəyan edib

Prezident 77 il hakimiyyətdə olacağını bəyan edib

Venesuela prezidenti Uqo Çaves bəyan edib ki, öz vəzifəsində hələ 2031-ci ilə qədər qalmaq fikrindədir. SİA-nın məlumatına görə, bu bəyanatı dövlət başçısı öz ad günündə verib.


Prezident sarayının eyvanından xalqa səslənərək deyib: "Hamını indidən 77 illiyimə dəvət edirəm. Əvvəl deyirdim ki, 2021-də gedəcəm. Amma yox, nə 2021-də, nə da sonra getməyəcəm. Yalnız 2031-ci ildə".

Buna oxşar niyyətini Çaves Venesuelada çıxan "Correo del Orinoco" jurnalına verdiyi müsahibədə də açıqlayıb. Prezidentin sözlərinə görə, o qətiyyən prezident postunu tərk etmək barədə düşünmür.

Uqo Çaves 2021-2031-ci il arasında olan zaman kəsimini "XXI əsrin qızıl dekadası" adlandırıb.

Qeyd edək ki, dövlət başçısının 57 yaşı tamam olub.

Bütün xəbərlər Facebook səhifəmizdə