Filippinin şimalında \"Xuanin\" tropik qasırğası qeydə alınıb. SİA-nın türk mətbuata istinadən verdiyi xəbərə görə, adıçəkilən qasırğanın səbəb olduğu subasma və torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb. İtkin düşənlər var. Ümumilikdə qasırğadan 600 min insan zərər çəkib.
Yaranmış vəziyyətlə əlaqədar hava limanlarında yüzlərlə reys təxirə salınıb, məktəblərdə tədris müvəqqəti olaraq dayandırılıb. Meteoroloqlar bildirir ki, \"Xuanin\" tropik qasırğası Filippin ərazisində daha 1 gün müşahidə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB