NATO rəhbərliyi Əfqanıstanın Qelmend əyalətində həyata keçirdiyi əməliyyatlar zamanı beş azyaşlı uşağın ağır xəsarətlər alması faktını təsdiqləyib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Nax-i-Sarac vilayətində baş verib.
NATO nümayəndələri uşaqları səhvən bombaladıqlarını iddia edib. Xəsarət alanların hamısı yaxınlıqdakı hərbi bazanın xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, bundan öncə mayın 28-də NATO qüvvələri Qelmend əyalətində yaşayış evini bombalamış və nəticədə xeyli sayda dinc insan həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB