Misirin baş naziri Əssam Şərifin yeni hökuməti təqdim etdiyi bir vaxtda, ölkənin xarici işlər naziri Məhəmməd əl-Urabi istefa verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir artıq əl-Urabinin istefasını qəbul edib.
Qeyd edək ki, Məhəmməd əl-Urabi Misirin müvəqqəti hökumətində xarici işlər naziri vəzifəsinə 1 ay əvvəl Ərəb ölkələri liqasının baş katibi tərəfindən təyin olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB