Ərdoğan Qəzzaya gedəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza Zolağına səfər edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan iyulun 25-də həyata keçirəcəyi səfər üçün Misir hərbi şurasına müraciət edib və bu tələbi müsbət qarşılanıb.

Qəzza rəsmiləri isə belə səfərdən xəbərdar olmadıqlarını bildirib. "Həmas" xarici işlər naziri Qaza Məhəmməd onlara Ərdoğanın səfəri barədə rəsmi bir məlumat verilmədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə