\"Liviya lideri Müəmmər Qəddafi ölkənin dinc əhalisinə qarşı təhdid kimi qalmaqda davam edərsə, NATO qoşunları bu ölkə ərazisindəki obyektlərə aviazərbələrin endirilməsini müsəlmanların müqəddəs Ramazan ayında da dayandırmayacaq\". SİA-nın məlumatına görə. bunu NATO-nun Liviyadakı missiyasının mətbuat katibi polkovnik-leytenant Mayk Breken açıqlaması zamanı deyib.
Breken artıq Qəddafinin bu sözlər qarşısında hansı addımı atacağını gözləyəcəklərini diqqətə çatdırıb: \"Biz gözləməli və Qəddafinin qoşunlarının Liviya xalqına atəş açıb-açmadığını, zərər vurub-vurmadığını görməliyik. Onlar hücuma davam etsələr, biz Liviya xalqının həyatı üçün təhdidlərin olduğuna şahid olsaq, hər şey başqa cür olacaq. Belə ki, NATO Liviya xalqının həyatını qorumaq üçün öz mandatından istifadə edəcək. Əgər Liviya xalqının həyatı təhlükə altında qalsa, Ramazan ayında da NATO-nun hücumları davam edəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB