ABŞ Pakistana ayırdığı \"milyardları\" azaldır

ABŞ Pakistana ayırdığı \"milyardları\" azaldır

ABŞ hakimiyyəti Pakistana ayırdığı \"milyardları\" azaltmaq fikrindədir. SİA-nın məlumatına görə, bu maliyyə Pakistan ordusu üçün ayrılmışdı. Maliyyənin azaldılması rəsmi İslamabadın ölkədə amerikan hərbi instruktorlarının sayını azaltmasıyla bağlıdır. Ümumilikdə Ağ Ev Pakistana 2 milyard dollar ayırmağı planlaşdırmışdı, amma indidən sonra Pakistan bu vəsaiti ala bilməyəcək. Vaşinqtonda planlaşdırıldığı kimi qeyd olunan maliyyə amerika hərbi texnikasının və silahların alınmasına yönləndirilməli idi.


ABŞ hərbi rəhbərliyi məsələ ilə bağlı bildirib ki, Pakistan ordusu "Taliban" terror təşkilatına köməklik göstərməsi maliyyənin azaldılması səbəblərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB