Cənubi Sudanın müstəqilliyini tanıyan iki ölkə!

Cənubi Sudanın müstəqilliyini tanıyan iki ölkə!

ABŞ rəhbərliyi Cənubi Sudanın müstəqilliyinin tanındığını bəyan edib. SİA-nın məlumatına görə, ABŞ-ın prezidenti Barak Obama bu barədə Ağ Evdəki açıqlaması zamanı deyib: "Cənubi Sudan xalqının belə mübarizəsindən sonra Birləşmiş Ştatlar yeni millətin yaranmasını alqışlayır".

ABŞ-dan sonra Çin Xalq Respublikası rəhbərliyi də Cənubi Sudanı müstəqil dövlət kimi tanıdığını elan edib. Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xun Leyin kommyunikesində deyilir: "Cənubi Sudan Respublikası iyulun 9-da yaradılıb. Çin Xalq Respublikası rəhbərliyi bu ölkəni tanıdığını və onunla dərhal səfirlik səviyyəsində diplomatik münasibətlər quracağını bildirir".


Bütün xəbərlər Facebook səhifəmizdə