İran Hind okeanında keçirdiyi ilk raket sınağı

İran Hind okeanında keçirdiyi ilk raket sınağı

İran Hind okeanında "uzaq mənzilli" iki raketin sınaqlarını keçirdiyini bəyan edib. SİA-nın məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun elit hava-kosmik bölmələrindən birinin komandiri Əmir Əli Hacızadeh açıqlaması zamanı deyib.

"Bəhmən ayında (yanvarın 21-dən fevralın 19-dək) 1 min 900 kilometr mənzilli iki raket Semnan əyalətindən (İranın şimalında) Hind okeanının mərkəzinə buraxılıb", -deyə o əlavə edib.


Qeyd edək ki, bu, İranın silahlı qüvvələrinin Hind okeanında belə raketləri sınaqdan keçirdiyi ilk haldır.


Bütün xəbərlər Facebook səhifəmizdə