Cənubi Sudan dünya xəritəsində özünə yer qazandı

Cənubi Sudan dünya xəritəsində özünə yer qazandı

Dünyanın siyasi xəritəsində yeni dövlət yaranıb – Cənubi Sudan. SİA-nın məlumatına görə, yeni dövlətin paytaxtı isə Cuba şəhəri olacaq. Cənubi Sudan Bakı vaxtıyla saat 00:01-də rəsmən müstəqil dövlət elan edilib. Məhz bu andan etibarən Cənubi Sudanın müstəqilliyiylə nəticələnən referendumun nəticələri qüvvəyə minib.

Bu ilin yanvarında üsyançı vilayətdə keçirilən referendumda səs verənlərin tam əksəriyyəti paytaxtı Hartum olan Sudandan ayrılmağa səs veriblər.

Cənubi Sudan Afrikanın 54-cü, dünyanın isə 196-cı dövləti olub. BMT-yə qoşulduqda isə qurumun 193-cü dövləti olacaq.

Hazırda paytaxt Cubanın küçələrində kütləvi bayram tədbirləri keçirilir. İnsanlar mərkəzi meydana axışıblar və şadyanalıq edirlər. Bəziləri isə ölkənin ilk prezidenti olan Salva Kirin adını qışqırırlar.

2005-ci ildə Sudanda 20 ildən artıq davam edən vətəndaş müharibəsi bitib. Təxminən 20 milyon insan müharibənin qurbanı olub. Müharibənin nəticələrinə görə qərara lınıb ki, Cənubi Sudana geniş muxtariyyət və 6 ildən sonra referendum keçirmək hüququ verilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə