Suriyada anti-hökumət nümayişinin dağıdılması zamanı 24 nəfər qətlə yetirilib. SİA-nın məlumatına görə, bu barədə ölkənin yerli hüquq müdafiəçiləri məlumat yayıblar. Müdafiəçilər aksiyaların getdikcə vəziyyəti gərginləşdirdiyini diqqətə çatdırıblar: \"9 nəfər apreldən bəri kütləvi şəkildə etiraz edən Homs şəhərində həlak olub. 14 nəfər isə İdlib vilayətində qətlə yetirilib. Orada vəziyyət iyunun əvvəllərində gərginləşib. Ölkədə etiraz aksiyaları davam etdikcə, hökumətə qarşı çıxan vətəndaşların həbsləri də davam edir.1 həftə ərzində Suriyada 1000 nəfərdən çox adam həbs olunub\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB