Artur Baqdasaryan: \"Ermənistanla Rusiya birgə silah istehsal edəcək\"
Yaxın vaxtlarda Ermənistanda silah istehsal edəcək. 9 Rusiya-Ermənistan müştərək müəssisəsi açılacaq. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib: "Biz Azərbaycanın silahlandığını görərək öz hazırkı hərbi arsenalımızı adekvat şəkildə təkmilləşdirmək qərarına gəlmişik. Eyni zamanda Ermənistan silahlı qüvvələri mütəmadi olaraq təkmilləşmə prosesindədir. Belə ki, son iki ildə Erməsitan ordusunun təhlükəsizliyinin artılması istiqamətində ciddi addımlar atılıb. Biz 2011-2015-ci illər hərbi texnika və silahlanmanın inkişafı proqramını qəbul etmişik. Bu proqram nəinki müasir silahlar və hərbi texnikanın idxalını, eyni zamanda ölkədə hərbi sənayenin inkişafını nəzərdə tutur".
Rusiya ilə imzalanan sənədə toxunan katib vurğulayıb ki, sənədə görə, Rusiya tərəfi erməni silahlı qüvvələri ilə birlikdə Ermənistan Respublikasının sərhədlərinin təhlükəsizliyini və müdafiəsinə dair üzərində öhdəlik götürmüş olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB