İran BMT-nin qətnaməsinə qarşı çıxır

İran BMT-nin qətnaməsinə qarşı çıxır

\"İran nüvə daşımağa qadir raketlərin məxfi sınaqlarını keçirir\". SİA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq parlamentdə çıxışı zamanı bildirib. Nazir İranın bu davranışının BMT-nin qətnaməsinə zidd olduğunu diqqətə çatdırıb: \"Hazırda İran 10 günlük hərbi təlimlər keçirir. Təlimlər çərçivəsində 2 min kilometr fəaliyyət radiuslu "yer-yer" tipli raketin sınaqları keçirilib. Bir müddət əvvəl Tehran 14 belə raket buraxıb. İndi isə məxfi şəkildə keçirilən sınaqlar BMT-nin 1929 saylı qətnaməsinə birmənalı şəkildə ziddir. İran 2010-cu ilin oktyabrından orta mənzilli ballistik raketlərin ən azı 3 dəfə məxfi sınağını keçirib. İran bu hərəkətlə BMT-yə qarşı çıxır\".

Bütün xəbərlər Facebook səhifəmizdə