İsraildən Bəşər Əsədə ölüm təhdidi!

İsraildən Bəşər Əsədə ölüm təhdidi!
İsrail hökuməti Suriya prezidenti Bəşər Əsədə şəxsi məktub göndərib. SİA-nın məlumatına görə, məktub Türkiyə nümayəndələri vasitəsi ilə ötürülüb.

Məktubda israillilər bildiriblər ki, Əsədin İsrailə hücum edəcəyi təqdirdə cavab zərbəsinin hədəfi şəxsən Əsədin özü olacaq. Buna səbəb isə, İsrailin sərhəd yaxınlığında Suriya ordusunun fəallaşmasını müşahidə etməsidir.

Qeyd edək ki, məsələ ilə bağlı İsrail ordusu ölkənin şimalında gücləndirilmiş iş rejiminə keçib. Belə ki, İsrail tərəfi Suriyanın törədə biləcəyi təxribatlardan, mülki və hərbi şəxslərin oğurlanmasından ehtiyat edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə